Balotellinin yeni ünvanı bilindi

“Adana Demirspor”dan ayrılan Mario Balotelli karyerasını Braziliyada davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, italiyalı hücumçu “Korintians”la razılaşıb. Bu barədə “Actu Foot” portalı məlumat yayıb. Tərəflər arasında yaxın zamanda müqavilə imzalanacağı bildirilir.

Balotelli ötən mövsüm 16 oyunda 7 qol vurub.