Balotelli bu çempionatda oynamaq istəyir

İtaliyalı hücumçu Mario Balotelli A Seriyasına qayıtmaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə forvard özü yerli mətbuata açıqlamasında deyib:

“Məşq edir, hazırlaşıram. Gələcəyimlə bağlı sakitəm. Onu demək istəyirəm ki, xaricdən təkliflərim var, ancaq İtaliya A Seriyasında oynamaq istəyirəm. Ümid edirəm ki, belə fürsət yaranacaq”.

Balotelli daha əvvəl İtaliyada “Milan”, “İnter”də çıxış edib. Onun son klubu Türkiyədə “Adana Demirspor” olub.