“Baku Sportinq”ə kubok bu tarixdə veriləcək

Futbol üzrə Azərbaycan II Liqasında 2023/2024 mövsümünün mükafatlandırma mərasimi keçiriləcək.

Futbolpress.az xəbər verir ki, 21 may tarixində Binə qəsəbə stadionunda baş tutacaq “Şəfa” – “Baku Sportinq” oyunundan sonra II Liqada qızıl, gümüş və bürünc mükafatçılar təltif olunacaq, qalibə kubok təqdim ediləcək.

Həmçinin mövsümün bombardir və ya bombardirlərinin mükafatları veriləcək.

II Liqanın çempionu “Baku Sportinq” olub.