İyunun 29-dan iyulun 7-dək Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı ilə “Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək.
Futbolpress.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
FIDE-nin 100 illiyinə həsr edilən turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. İştirakçıların yekun siyahısı iyunun 15-də müəyyənləşəcək.