Futzal üzrə Yüksək Liqa təmsilçisi “Baku Fire” mövsüm öncəsi yoxlama matçında qüvvəsini sınayıb.
Futbolpress.az xəbər verir ki, Bakı klubu paytaxtımızda təlim-məşq toplanışında olan Qazaxıstanın “Astana” klubu ilə qarşılaşıb. “Baku Fire” görüşdən 2:1 hesablı qələbə ilə ayrılıb. Təmsilçimizin heyətində Nurlan Mehdizadə və Fərid Abbasov fərqləniblər. Maraq üçün qeyd etmək lazımdır ki, Azərbaycan millisinin üzvü olan Rövşən Hüseynli hazırda “Astana” klubunun şərəfini qoruyur. Qazaxıstan klubu növbəti yoxlama qarşılaşmasında avqustun 13-ü “Araz-Naxçıvan”la üz-üz gələcək.