“Bakı”nın sabiq baş məşqçisi Bülent Korkmazın yeni iş yeri məlum olub.
Futbolpress.az xəbər verir ki, mütəxəssis “Erokspor”a baş məşqçi təyin edilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə razılaşmanın detalları açıqlanmayıb.
“Erokspor” çempionatda 14-cü sıradadır.
Bülent Korkmaz karyerası ərzində “Bakı”dan əlavə, Türkiyənin “Kayserispor”, “Bursaspor”, “Gənclərbirliyi”, “Qalatasaray”, “Karabükspor”, “Başakşehir” və “Mersin İdman Yurdu” klublarında çalışıb.