“Bakının bu qədər gözəl olacağını gözləmirdim”

“Şerif”in futbolçusu Peter Ademo Avropa Liqasının I təsnifat mərhələsində “Zirə”yə qarşı keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında iştirak edib.

Futbolpress.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi görüşlə bağlı bunları deyib:

“Bütün həftə məşq etmişik. İlk görüşdəki səhvləri təhlil edib, baxmışıq. Növbəti mərhələyə çıxmaq üçün hər şeyi edəcəyik. Rəqibin heyətində hansısa oyunçunun fərqləndirmək istəməzdim. Bilirik ki, çətin rəqibdir.

Komandada yeni oyunçular var, ancaq bir aydır, birlikdə hazırlaşırıq və bir-birimizə öyrəşmişik. Hər gün artırırıq. Düzü, Bakını da çox bəyəndim. Bu qədər gözəl olacağını gözləmirdim”.