Bakıdakı rekord qırıldı – bu dəfə Bilbao tarixə düşəcək

Bu gün Avropa Liqasında final oyunu keçiriləcək. Həlledici matçda “Tottenhem” və “Mançester Yunayted” komandaları üz-üzə gələcək.

Futbolpress.az xəbər verir ki, görüş Avropa Liqası tarixinin ən bahalı finalıdır. Belə ki, komandaların ümumi dəyərləri 1,53 milyard avrodur.

Öncəki rekord 2018/19 mövsümünün Bakıda keçirilən “Çelsi” – “Arsenal” finalında idi – 1,51 milyard avro.

İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda keçiriləcək “Tottenhem” – “Mançester Yunayted” oyunu saat 23:00-da start götürəcək.