“Tottenhem” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, London təmsilçisi “Lids”dən Arçi Qreyi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 18 yaşlı yarımmüdafiəçi ilə müqavilənin detalları açıqlanmayıb.
Qrey ötən mövsüm “Lids”lə 52 oyunda 2 məhsuldar ötürmə edib. O, İngiltərənin U-21 yığmasının da üzvüdür.
O, martda Bakıda keçirilən Azərbaycan U-21 – İngiltərə U-21 oyununda (1:5) sonradan meydana daxil olaraq qol vurmuşdu.