Bakıda Kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək

29 yanvarda Bakıda Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Kəmər dərəcələri üzrə rəsmi imtahan təşkil ediləcək.

Futbolpress.az xəbər verir ki, imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıqdır. Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahana hazırlaşmaq üçün fəndlər cədvəli, videolar və yaş qrupları üzrə cədvəllə bu linkdən tanış ola bilərsiniz. https://www.judo.az/Belt
İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.
Qeyd edək ki, kəmər imtahanı peşəkarlıq səviyyənin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.
Məkan: Cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzi (ACF-nin inzibati binası)
Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 128

İmtahana qeydiyyat ödənişlidir və ACF-in Judo Manager platforması vasitəsilə həyata keçirilir. Qeydiyyatla bağlı daha ətraflı məlumat üçün əlaqə vasitəsi: 050 467 55 04