“Bakıda daha çox enerji sərf etməli olacağıq”

Çempionlar Liqasının pley-off mərhələsində Zaqrebdə keçirilən “Dinamo” – “Qarabağ” oyunundan (3:0) sonra meydan sahibi komandanın baş məşqçisi Sergey Yakiroviç jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb..

“Futbolçularımı təbrik edirəm. Maraqlı oyun oldu. Bəzi epizodlarda rəqib dominantlıq etdi. Bu zaman sistemi dəyişmək və Kulenoviç və Kordoba ilə onların üzərinə getməyə qərar verdik. Qapıçımız Nevistiç də əla çıxış etdi. Hələ heç nə həll olunmayıb.

İndi çempionatdakı oyunumuzu düşünəcəyik. Daha sonra diqqətimizi Çempionlar Liqasına verə bilərik. Cavab görüşündə mümkün qədər diqqətli olmalıyıq. “Qarabağ” çoxlu şanslar yaradan komandadı. Bakıda çox enerji sərf etməli olacağıq”.

Komandalar arasındakı cavab görüşü avqustun 28-də olacaq.