Gənclər və İdman Nazirliyinin, Azərbaycan Yelkən Federasiyasının (SFA), “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı Yelkən Reqatası 2024”nın mükafatlandırma mərasimi keçirilib.
Futbolpress.az xəbər verir ki, “Ramada” oteldə təşkil olunan mərasimdə Azərbaycan Yelkən Federasiyasının prezidenti Qüdrət Qurbanov, qurumun baş katibi Burcu Algon, Gürcüstan Yelkən Federasiyasının rəhbəri Devid Kituaşvili iştirak edib.
Tədbirdə əvvəlcə yarışın təşkilində əziyyət keçən şəxslər, məşqçilər heyəti sertifikatlarla təltif olunub.
Daha sonra federasiyanın prezidenti Qurbanov “Optimist”, “ILCA 4” və “İICA 6” sinfi üzrə qalibləri mükafatlandırıb.
Bu il reqatada milli yelkənçilərimizlə yanaşı, Gürcüstan Yelkən Federasiyası da təmsil olunub.
ILCA 6 sinifi üzrə birinci yerin qalibi Murad Hacı-zadə, ikinci yer Nikoloz Tatarishvili, üçüncü yer Anton Vilayev olub.
ILCA 4 sinifi üzrə birinci yerin qalibi Fidan Ağazadə, ikinci yer Kristina Kərimova, üçüncü yer Alex Kituashvili (Gürcüstan) olub.
Optimist Junior sinifi üzrə birinci yerin qalibi Nurlan Ağazadə, ikinci yer Səma Mansurzadə, üçüncü yer Giorgi Grigolia (Gürcüstan) olub.
Optimist qızlar sinifi üzrə birinci yerin qalibi Nərgiz Məmmədova, ikinci yer Emel Məmmədli, üçüncü yer Nəzrin Məmmədova olub.
Optimist ümumi sinifi üzrə birinci yerin qalibi Nərgiz Məmmədova, ikinci yer Furkan Mustafayev, üçüncü yer Emel Məmmədli olub.