Bağırov: “Səhvlərdən dərs çıxarmaq lazımdır“

Azərbaycan Premyer Liqasının XXXI turunun “Şamaxı” – “Kəpəz” oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Oyuna itkilərlə gəlmişdik. Rotasiyalarımız çox oldu. Rəqib səhvimizdən istifadə edib, önə keçdi. Şanslarımız olsa da, dəyərləndirə bilmədik. İrəli baxmaq, çox çalışmaq lazımdır.

– Razılaşaq ki, “Şamaxı” xal qazanmağa ən münasib rəqiblərdən idi. Heyfslənmirsiz?
– Xeyr, səhvlərdən dərs çıxarmaq lazımdır.

– Mövsüm ərzində “Sabah”, “Neftçi” kimi komandaları məğlub edə bilmisiz, amma “Şamaxı”, “Sumqayıt”a uduzursunuz…
– Bu gün rəqibə çox şanslar vermədik. Belə matçlarda təzyiq də çox olur. Yəqin, bu gün günümüz deyildi.

Şahin Cəfərov