“Bacco, Del Pyero, Totti kimi oyunçular yoxdur”

İtaliya millisinin baş məşqçisi Luçano Spaletti açıqlama verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis “azzuri”nin durumundan danışıb:

“Millimizdə Bacco, Del Pyero, Totti kimi oyunçular yoxdur. Amma fərqli bacarıqları olan futbolçulara sahibik. Hər bir məşqlərdə canlarını verməyə hazırdırlar. Fransa ilə oyunda da sərgilənən futbol göstərdi ki, meydanda komanda yox, ailə var. Bu, bir çox problemləri həll etmək üçün əsl açardır”.

İtaliya bu gün İsraillə qarşılaşacaq. Görüşə saat 22:45-də start veriləcək.