Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində sabah baş tutacaq “Qarabağ” – “Dinamo” (Zaqreb) oyunundan əvvəl “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, müdafiəçi əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…
– Bizi gərgin və maraqlı oyun gözləyir. Hədəfimiz mərhələ keçməkdir. Sabah bunun üçün əlimizdən gələni edəcəyik.
– İlk oyundan sonra komandanın müdafiə xətti tənqidlərə məruz qaldı. Ümumiyyətlə, bunlar sizin üçün təzyiq yaradır?
– Tənqidləri normal qarşılayırıq. Qol buraxırıqsa, müdafiənin səhvi var. Bunları təhlil edib, nəticə çıxarmağa çalışacağıq. Təzyiq yaratdığını düşünmürəm. Tənqidlər futbolun bir parçasıdır.
– Təzyiq var, ya sakitsən?
– Xeyr, çünki bir neçə mərhələdir, Çempionlar Liqasında oynayırıq. Kifayət qədər təcrübəmiz var. Hamı sakitdir və inanır. Yaxşı oyun göstərməyə çalışacağıq.
Şahin Cəfərov