“Bəhlul Mustafazadə Türkiyənin istənilən klubunda oynaya bilər”.
Bu fikirləri “FutbolPress“ə açıqlamasında “Qəbələ”nin akademiyasının keçmiş rəhbəri Halim Fıçıcı deyib. Mütəxəssis elitanı tərk edən “Qəbələ”nin akademiyası haqda danışarkən “Qarabağ”ın müdafiəçisini də tərifləyib:
“Qəbələ”nin yetirmələri demək olar, hər klubda var. Hazırda onlardan ən yüksək səviyyədə çıxış edəni Bəhlul Mustafazadədir. O, Türkiyənin istənilən klubunda oynaya bilər. İndi isə “Qəbələ”də Şahin Şahniyarov, Eşqin Əhmədov kimi potensiallı uşaqlar. Bu akademiyadan hər zaman istedadlı oyunçular çıxıb və onları qorumaq lazımdır”.
Fıçıcı 2008-2020-ci illərdə “Qəbələ” akademiyasının baş məşqçisi olub.
Şahin Cəfərov