Azarkeşlər Samir Abasovdan üzr istədi

“Sumqayıt” azarkeşlərin “Neftçi” ilə matçda qonaq komandanın baş məşqçisi Samir Abasovun ünvanına təhqiredici şüarlar səsləndirdiklərinə görə üzr istəyib.

Futbolpress.az xəbər verir ki, bu barədə “Ultras Sumqayıt” azarkeş qrupu bəyanata yayıb:

“Sumqayıt” – “Neftçi” matçından öncə mətbuatda Samir Abasovun klubdan gedişi ilə bağlı xoşagəlməz fikirlər yayılmışdı. Onun komandanı çətin vəziyyətdə qoyub, pula görə “Neftçi”ni seçdiyi bildirilirdi. Bu, oyun zamanı çalışdırıcının ünvanına təhqiramiz ifadələr səsləndirməyimizə gətirib çıxardı. Qarşılaşmadan sonra hər şeyi aydınlaşdırdıq. Müəyyən oldu ki, Abasovun “Sumqayıt”dan ayrılmasında heç bir günahı yoxdur. Biz məsələni yanlış anlamışıq. Bu səbəbdən mütəxəssisdən və ailəsindən üzr istəyirik”.

Görüş “Sumqayıt”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.