Azarkeşlər bölgə klubunu ziyana saldı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda II Liqanın XXXII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

29.04.2024-cü il tarixində II Liqada XXXIII turun “Lerik” – “Kürmük” oyununun 43-cü dəqiqəsində “Lerik” komandasının 12 nömrəli futbolçusu Hafiz Məmmədli ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Lerik” klubu 50 manat cərimə edilir (maddə 36.5);

29.04.2024-cü il tarixində II Liqada XXXIII turun “Şəmkir” – “Göygöl” oyununun 78-ci dəqiqəsində “Göygöl” komandasının 25 nömrəli futbolçusu Vahid İbrahimov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanır, “Göygöl” klubu 300 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 40.3, 32);

29.04.2024-cü il tarixində II Liqada XXXIII turun “Şəmkir” – “Göygöl” oyununda “Göygöl” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Göygöl” klubu 70 manat cərimə edilir (maddə 37);

29.04.2024-cü il tarixində II Liqada XXXIII turun “Sheki City” – “Cəbrayıl” oyununda “Sheki City” klubu matçın ilkin protokolunu PFL-in elektron bazasında gec təsdiq etdiyinə görə “Sheki City” klubu 100 manat cərimə edilir (maddə 91);

29.04.2024-cü il tarixində II Liqada XXXIII turun “Sheki City” – “Cəbrayıl” oyununun 63-cü dəqiqəsində “Sheki City” klubunun 9 nömrəli futbolçusu Tural Məmmədzadə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Sheki City” klubu 300 manat cərimə edilir (maddə 43.3);

29.04.2024-cü il tarixində II Liqada XXXIII turun “Sheki City” – “Cəbrayıl” oyununun 64-cü dəqiqəsində “Sheki City” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Sheki City” klubu 100 manat cərimə edilir (maddə 43.7);

30.04.2024-cü il tarixində II Liqada XXXIII turun “Şəfa” – “Dinamo” oyununda “Dinamo” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Dinamo” klubu 70 manat cərimə edilir (maddə 37);

30.04.2024-cü il tarixində II Liqada XXXIII turun “Ağdaş” – “Qusar” oyununda “Ağdaş” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Ağdaş” klubu 70 manat cərimə edilir (maddə 37);

30.04.2024-cü il tarixində II Liqada XXXIII turun “Ağdaş” – “Qusar” oyununa Təcili Tibbi Yardım avtomibilinin təyin edilmiş vaxtdan gec gəlməsi səbəbindən matç 8 dəqiqə gec başladığı üçün “Ağdaş” klubu 100 manat cərimə edilir (maddə 72.4);

30.04.2024-cü il tarixində II Liqada XXXIII turun “Şahdağ Qusar” – “Füzuli” oyunu bitdikdən sonra stadionun dəhlizinə “A buraxılışı” vəsiqəsi olmayan şəxslər daxil olduğuna görə “Şahdağ Qusar” klubu 50 manat cərimə edilir (maddə 51.8);

30.04.2024-cü il tarixində II Liqada XXXIII turun “Şahdağ Qusar” – “Füzuli” oyununda “Füzuli” klubunun 7 futbolçusu sarı vərəqə aldığına görə “Füzuli” klubu 70 manat cərimə edilir (maddə 37);

30.04.2024-cü il tarixində II Liqada XXXIII turun “Şahdağ Qusar” – “Füzuli” oyunu btidikdən sonra “Füzuli” klubunun 77 nömrəli futbolçusu Əziz Hüseynov təcavüzkar davranışa (rəqibi təpiklə vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Füzuli” klubu 300 manat cərimə edilir (maddə 40.3);