“Azarkeşlər məni və komandanı dəstəkləyir” – Ten Haq

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq açıqlama verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis azarkeşlərin komandaya və ona dəstək olduğunu bildirib:

“Komandadakı işimdən narahat deyiləm. Azarkeşlər məni və komandanı dəstəkləyir. Onlar bilirlər ki, keçid dövründəyik və daha yaxşı olacağıq”.

“Mançester Yunayted” Premyer Liqada 37 turdan sonra 54 xalla 8-ci sıradadır.