Birləşmiş Ərəb Əmirliklərində təşkil edilən şahmat üzrə “Dubai Open 2024” beynəlxalq turnirinin qalibi məlum olub.
Futbolpress.az xəbər verir ki, son tura lider kimi başlayan Azərbaycan şahmatçısı Məhəmməd Muradlı bu gün yekun partiyada heç-heçə oynayıb. 9-cu turda Muradlı çinli Dai Changrenlə xalı yarı bölüb.
Beləliklə 9 turda ümumilikdə 7 xal toplayan Məhəmməd Muradlı “Dubai Open 2024″ü qalib kimi başa vurub. Yarışın qalibi adını qazanan şahmatçımız 16 000 ABŞ dolları məbləğində pul mükafatına layiq görülüb.
Turnirdə 6,5 xal toplayan digər şahmatçımız Eltac Səfərli 2-6-cı yerləri bölüşdürüb. Əlavə əmsallara görə Səfərli 6-cı yeri tutub.
Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov yarışdan sonra şahmatçılarla görüşüb, və onu qələbə münasibəti ilə təbrik edib.