Azərbaycanlı referi Konfrans Liqası oyununa təyinat aldı

FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.

Futbolpress.az xəbər verir ki, Umudlu UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Vlajniya” (Albaniya) – “Valyur” (İslandiya) qarşılaşmasının baş hakimi olacaq.

Ona Namik Huseynov və Vusal Mammadov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. İyulun 18-də Şkoder şəhərində yerləşən “Loro Boriçi” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.