Azərbaycanlı qrosmeysterin rəqibi bilindi

Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Chess” turniri davam edir.

Futbolpress.az xəbər verir ki, Azərbaycan şahmatçısı Aydın Süleymanlı “Challengers” yarışının XI turda hindistanlı Vaişali Rameşbabu ilə qarşılaşacaq.

Qeyd edək ki, Süleymanlı dörd qələbə qazanmaqla 6,5 xal toplayıb və əlavə göstəricilərdə yerli şahmatçı Bencamin Boku qabaqlayır. İddiaçılar turnirinin iştirakçısı Vaişali isə 5 xalla doqquzuncudur.