“Azərbaycanlı olduğumuz üçün fəxr edirik”

“Prezident Kuboku 2024” beynəlxalq reqatasında bürünc medal qazanan Azərbaycan təmsilçisi İbrahim Məmmədzadə jurnalistlərə açıqlama verib.

Futbolpress.az xəbər verir ki, 2010-2011-ci il təvəllüdlü idmançılar arasında Sərhad Fərhadlı ilə iki nəfərlik kayak yarışında üçüncü olan atlet bunları deyib:

“Yarışa ciddi hazırlaşmışdıq. Ağır məşqlər keçdik və məhz bunun nəticəsində bürünc medal əldə etdik. Azərbaycanlı olduğumuz üçün fəxr edirik. Digər ölkələrdəki beynəlxalq yarışlarda da bayrağımızı qaldıracağıq”.

Reqata bu gün başa çatacaq.