Azərbaycanlı jurnalistlər Avropa Millətlər Liqasında çempion olublar

Azərbaycanın jurnalistlərdən ibarət minifutbol komandası Avropa Media Kubokunda çempion olublar.

Futbolpress.az xəbər verir ki, Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilən turnirin finalında milli komanda Rumınya ilə qarşılaşıb və rəqibini 7:4 hesabı ilə məğlub edib.

Bununla da Azərbaycan ilk dəfə bu titula yiyələnib.