Qılıncoynatmanın şpaqa növü üzrə Azərbaycan millisinin üzvü Vahab Fətullayev Estoniyanın Tartu şəhərində keçirilən beynəlxalq “Baltic Cup” turnirində bürünc medal qazanıb.
Futbolpress.az xəbər verir ki, 20 yaşadək kişi şpaqaçıların şəxsi yarışında mübarizəyə 1/16 finaldan başlayan qılıncoynadan bu mərhələdə latviyalı həmkarı Aleksejs Malinovskisi 15-12 hesabı ilə məğlub edib. Vahabın 1/8 finalda da rəqibi Latviya şpaqaçısı olub. Şpaqaçı bu dəfə Nikita Aniskoya 15-6 hesabı ilə qalib gəlib. Azərbaycan təmsilçisi yarımfinala yüksəlmək uğrunda keçirilən qarşılaşmada eston Nikita Doronini 15-14 hesabı ilə üstələyib.
Bürünc medalı təmin edən Vahab Fətullayev finalın bir addımlığında Estoniya şpaqaçısı Marek Puhma 13-14 hesabı ilə uduzub.