Azərbaycanlı hakim Olimpiya Oyunlarına təyinat aldı

Azərbaycan güləş hakimliyi növbəti uğuruna imza atıb.
Futbolpress.az xəbər verir ki, belə ki, ölkəmiz növbəti dəfə hakimlərin timsalında da Olimpiadada təmsil olunacaq.
I-S kateqoriyalı referi Asif Şirəliyev ikinci dəfə Olimpiya Oyunlarında ədaləti qoruyacaq.
İlk dəfə Tokio-2020-də debüt edən 43 yaşlı hakim bu dəfə Paris-2024-də görüşləri idarə edəcək.
Dünya Güləş Birliyi (UWW) geridə qalan yarışlarda idarəçiliyi yüksək qiymətləndirərək həmyerlimizə məsul yarışda etimad göstərib.
Qeyd edək ki, ümumilikdə 39 referi qarşıdan gələn Olimpiadada iş başında olacaq.