Azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında ilk oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda Tirana “Dinamo”sunun qonağı olub. Matç “Eqnatiya”nın qələbəsiylə başa çatıb – 2:0.
Zamiq bu görüşdə start heyətdə meydana çıxıb və sona qədər oynayıb. O, 90+2-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
“Eqnatiya” ilk turdan sonra 3 xalla liderdir.