Azərbaycanlı futbolçular üçün pley-off günü

Bu gün Türkiyə Super Liqasına vəsiqə uğrunda pley-off oyunları start götürəcək.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor” “Bodrumspor”la üz-üzə gələcək. “TRT Spor”dan canlı yayımlanacaq görüşə saat 18:00-da start veriləcək.

Azərbaycan yığmasının daha bir üzvü Ramil Şeydayevin çıxış etdiyi “Kocaelispor” isə “Çorum”un müqavimətini qırmağa çalışacaq. Görüşə saat 21:00-da start veriləcək.