Azərbaycanlı futbolçu KL-də qələbəyə sevindi

Azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, Albaniya təmsilçisi İslandiyanın “Vikinqur” komandası ilə üz-üzə gəlib. Görüş “Eqnatiya”nın qələbəsiylə başa çatıb – 1:0.

Zamiq bu görüşdə start heyətdə meydana çıxıb və 79-cu dəqiqədə əvəzlənib.

Komandalar arasındakı cavab görüşü avqustun 1-də olacaq.