Azərbaycanlı boksçudan uğurlu start

Tailandın paytaxtı Banqkokda II Dünya Olimpiya Təsnifat Turniri davam edir.

Futbolpress.az xəbər verir ki, yarışın dördüncü günündə Azərbaycan millisinin boksçusu Alfonso Dominqes ilk görüşünə çıxıb.

92 kq-da mübarizə aparan dünya çempionu 1/32 final çərçivəsində qanalı Conatan Tette ilə qarşılaşıb. Görüş Dominqesin 5:0 (30:27, 30:27, 28:29, 30:27, 30:27) hesablı qələbəsi ilə yekunlaşıb.

O, növbəti döyüşündə ilk mərhələdən azad olan Marko Çaçiklə (Xorvatiya) üz-üzə gələcək. Qarşılaşma mayın 30-da olacaq.