Azərbaycanla oyun üçün heyət açıqlandı

Qazaxıstan millisinin Ermənistan və Azərbaycanla keçirəcəyi yoldaşlıq oyunları üçün geniş heyəti açıqlanıb.

Futbolpress.az xəbər verir ki, baş məşqçi Maqomed Adıyev heyətə 34 futbolçu dəvət edib.

Qazaxlar iyunun 7-də Ermənistan, 11-də isə Azərbaycan yığması ilə yoldaşlıq oyununda üz-üzə gələcək.

Qapıçılar: İqor Şatski (“Aktobe”), Bekhan Şayzada (“Ordabası”), Danil Ustimenko (“Kayrat”), Aleksandr Zarutski (“Astana”)

Müdafiəçilər: Aleksandr Maroçkin, Yan Voroqovski, Marat Bıstrov (hamısı “Astana”), Erkin Tapalov, Roman Asrankulov, Ruslan Valiullin (hamısı “Tobol”), Baqdat Kairov, Alibek Kasım, Adilxan Tanjarikov (hamısı “Aktobe”), Sergey Malıy, Temirlan Erlanov (hər ikisi “Ordabası”), Adilxan Dobay (“Jetısu”), Mixail Qabışev (“Elimai”), Nuralı Alip (“Zenit”, Rusiya), Aleksandr Zuev (“Arsenal”, Rusiya);

Yarımmüdafiəçilər: Asxat Taqıbergen, Baurıjan Islamxan, Aybol Abiken (hamısı “Ordabası”), Maksim Samorodov, Ramazan Orazov, Arman Kenesov (hamısı “Aktobe”), Abzal Beysebekov, Islambek Kuat (hər ikisi “Astana”), Adılet Sadıbekov (“Kayrat”), İslam Çesnokov (“Tobol”);

Hücumçular: Ramazan Karimov, Elxan Astanov (hər ikisi “Astana”), İvan Sviridov (“Elimai”), Vladislav Prokopenko (“Jenis”), Abat Aimbetov (“Adana Demirspor”, Türkiyə)