Azərbaycanın Ukrayna sınağı

Bu gün kişi voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında ikinci oyununu keçirəcək.

Futbolpress.az xəbər verir ki, milli Bakıda Ukrayna ilə qarşılaşacaq.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq oyunun start fiti 18:00-da səslənəcək.

Yığma ilk oyunda Rumıniyaya məğlub olub – 0:3.