Azərbaycanın UEFA reytinqində xalları artdı

“Zirə”nin UEFA Konfrans Liqasının pley-off mərhələsində “Omoniya”nı (Kipr) məğlub etməsi Azərbaycanın UEFA reytinqindəki xallarını artırıb.

Futbolpress.az xəbər verir ki, 1:0 hesablı qələbə sayəsində ölkənin aktivinə 0,250 xal yazılıb. Azərbaycan 19,125 xalla 26-cı sırada qərarlaşıb.

25-ci pilləni tutan Kiprin isə aktivində 19,725 xal var.