Azərbaycanın U-21 millisi daha bir yoxlama görüşü keçirəcək

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, U-21 iyunun 11-də Liv Bona Dea Arenada Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Görüş saat 20:00-da başlayacaq.

U-21 millimiz iyunun 7-də, Bakı vaxtı ilə saat 20:30-da Senec şəhərində yerləşən Təlim-Məşq Mərkəzində Slovakiya yığması ilə yoldaşlıq görüşü keçirəcək.