Qazaxıstan millisinin sabiq futbolçusu Yevgeni Averçenko yığmanın dünən yoldaşlıq oyununda Azərbaycana məğlubiyyətini şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 2:3 hesabıyla başa çatan görüşlə bağlı bunları deyib:
“Qazaxıstan millisi oyuna çox yaxşı başladı. Lakin daha sonra Azərbaycan təşəbbüsü əlinə aldı. Onların qələbə qolunda bizim oyunçuların da səhvləri oldu. Ümumiyyətlə, matç göstərdi ki, iki bərabər komanda oynadı. Bu oyunda qələbə qazana bilərdik”.