Azərbaycanın altı abilimpiyaçısı Moskvada mübarizəyə qoşuldu

Rusiya Federasiyasının paytaxtı Moskvada keçirilən “Abilimpiks Beynəlxalq Açıq Çempionatı” davam edir.

Futbolpress.az xəbər verir ki, bugünkü yarış günündə daha altı abilimpiyaçımız iştirak edib.

Belə ki, aşpazlıq peşəsi üzrə Lamiyə Əliyeva, floristika peşəsində Nənəxanım Əzimova, fotoqraf peşəsində Kamal İbadov, masaj peşəsində Tura Kərimov və Fərəc Əlimirzəyev eləcə də vokalçı peşəsində Murad Sadıx mübarizəyə başlayıb.

Qeyd edək ki, komandamız bu yarışda 10 abilimpiyaçı ilə təmsil olunacaq.

Xatırladaq ki, “Abilimpiks Beynəlxalq Açıq Çempionatı”na oktabrın 29-da yekun vurulacaq.