Bu gün Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turniri start götürəcək.
Futbolpress.az xəbər verir ki, yarışın ilk günündə sərbəst güləşçilər xalça üzərinə çıxacaqlar.
Belə ki, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) turnirin qalibi adını qazanmağa çalışacaqlar.
Turnir iyunun 9-da başa çatacaq.