Slovakiya millisinin baş məşqçisi Françesko Kaltsona UEFA millətlər Liqasında Azərbaycana qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəsssi 3:1 hesabıyla qələbə qazandıqları matçla bağlı bunları deyib:
“Çətin oyun idi, amma belə olacağımnı gözləyirdik. İsveçlə matçda çox güc sərf etmişdik və yorğunluğumuz hiss olunurdu. Buna baxmayaraq, Bakıda Azərbaycandan üstün oynadıq. Daha çox imkan yaratdıq, amma rəqibin də şansları oldu. Bu, mənim xoşuma gəlmir. Bəzi şeylərə görə futbolçuları günahlandırmağa məcburam. Amma buna baxmayaraq, komanda ümumi planda yaxşı göründü”.