Azərbaycandan ayrıldı, ölkəsinə qayıtdı

“Səbail”dən ayrılan Anass Najahın yeni ünvanı məlum olub.

Futbolpress.az xəbər verir ki, niderlandlı yarımmüdafiəçi ölkəsinin “De Qraafşap” klubuna keçib. Bu barədə II Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 26 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Najah ötən mövsüm “Səbail”də 36 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.