Azərbaycandan ardıcıl üçüncü qələbə

Qadınlar arasında keçirilən 3×3 basketbol üzrə Avropa Kubokunun təsnifat mərhələsinin qrup oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisi ardıcıl üçüncü oyununda da qalib gəlib.

Belə ki, millimiz Kipri 21:16 hesabı ilə məğlub edib.

B qrupunu lider kimi tamamlayan komandamız daha əvvəl Ermənistanı 21:9, Kosovanı isə 14:10 hesabı ilə məğlub etmişdi.