Azərbaycanda oynayan legionerə dəvət gəldi

“Turan Tovuz”un futbolçusu Denis Marandiçi Moldova millisinin qarşıdakı 2 oyununda yığma komandanın sərəncamında olacaq.
Futbolpress.az xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Müdafiəçi UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 10-da Andorra, oktyabrın 13-də isə Malta ilə keçiriləcək oyunlar üçün Moldova millisinə dəvət alıb.