Azərbaycan yığmasının Lüksemburq sınağı – YENİLƏNİR

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Futbolpress.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv səfərdə Lüksemburqla üz-üzə gələcək. Matça saat 21:30-da start veriləcək.

Azərbaycan yığması F qrupunda 3 xalla sonuncu – 6-cı sıradadır. Lüksemburq isə 4 xalla 5-cidir.

Avropa çempionatı, seçmə mərhələ
F qrupu

6 sentyabr

21:30 Lüksemburq – Azərbaycan

Xal durumu: Ukrayna – 18, İngiltərə – 18, Serbiya – 10, Şimali İrlandiya – 6, Lüksemburq – 4, Azərbaycan – 3