Azərbaycan yığmasının heyətində dəyişiklik

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
Futbolpress.az xəbər verir ki, “Zirə” klubunun oyunçusu Rəvan Qaraəhmədli zədələndiyi üçün kollektivə qoşulmayıb. Onun yerinə komanda yoldaşı Yusif Hacıyev milliyə dəvət olunub.
Qeyd edək ki, U-19 bu gündən iyunun 2-dək Bakıda təlim-məşq toplanışı keçəcək. Komanda ardından yoldaşlıq turniri üçün Moldovaya yollanacaq. Millimiz orada Qazaxıstan, Türkiyə və meydan sahibləri ilə qarşılaşacaq.