Azərbaycan yığmasının heyəti açıqlandı – SİYAHI

Azərbaycan millisinin sentyabrın 5-də evdə İsveç, 8-də səfərdə Slovakiya yığmasına qarşı keçirəcəyi UEFA Millətlər Liqasının oyunları üçün heyəti bəlli olub.

Futbolpress.az xəbər verir ki, yığmanın baş məşqçisi Fernandu Santuş 24 futbolçuya dəvət göndərib:

Qapıçılar: Mehdi Cənnətov (“Sumqayıt”), Rza Cəfərov (“Neftçi”), Yusif İmanov (“Sabah”)

Müdafiəçilər: Amin Seydiyev (“Sabah”), Qismət Alıyev (“Zirə”), Şəhriyar Əliyev (“Turan Tovuz”), Rahil Məmmədov (“Radomiak”, Polşa), Abbas Hüseynov, Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Toral Bayramov (hamısı “Qarabağ”)

Yarımmüdafiəçilər: Elvin Camalov (“Sabah”), Coşqun Diniyev (“Bandırmaspor”, Türkiyə), Aleksey İsayev (“Qarabağ”), Xəyal Nəcəfov (“Turan Tovuz”), Emil Mustafayev (“Polissya”, Ukrayna), Emin Mahmudov (“Neftçi”), Ceyhun Nuriyev (“Zirə”)

Hücumçular: Ozan Can Kökçü (HİK, Finlandiya), Ramil Şeydayev (“Neftçi”), Nəriman Axundzadə (“Qarabağ”), Rüstəm Əhmədzadə (“Zirə”), Renat Dadaşov (“Ankaragücü”, Türkiyə).