Azərbaycan yığmasından uğursuz start

Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan dünya çempionatının qrup mərhələsindəki ilk oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, komanda Serbiyadan olan həmyaşıdları ilə qarşılaşıb. Matç millimizin məğlubiyyəti ilə başa çatıb – 1:5.

Azərbaycan yığmasının yeganə qolunu Ziya Məmmədli vurub.

Milli sabah Hindistan, oktyabrın 9-da isə Çexiya ilə qarşılaşacaq.