Azərbaycan yığması Yunanıstanla üz-üzə

Futzal üzrə AVRO-2026-nın əsas mərhələsi çərçivəsində Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

Futbolpress.az xəbər verir ki, Vitali Borisovun rəhbərlik etdiyi kollektiv Yunanıstan yığmasını qəbul edəcək.

Matç saat 20:00-da başlayacaq. Bakı İdman Sarayında üz-üzə gələcək komandaların görüşü “CBC Sport”la canlı yayımlanacaq. Azarkeşlər üçün zala giriş sərbəst (biletsiz) olacaq.