Azərbaycan yığması yarımfinala yüksəldi

Cəbəllütariqdə 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı “C” divizionunda millimizin sonuncu qrup oyunu baş tutub.

Futbolpress.az xəbər verir ki, Azərbaycan yığmasının bu dəfəki rəqibi Kipr seçməsi olub. Oyuna sürətli başlayan milli Kipr yığması üzərində 68-45 hesablı qələbə qazanıb.

Oyunun ən məhsuldar basketbolçusu millimizin üzvü Angelina İsmayılova (28 xal, 2 ribaund) seçilib. Bu qələbə ilə qızlarımız qrup lideri kimi yarımfinala yüksəliblər.

Yarımfinal oyunları 13 iyul tarixində baş tutacaq