Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan dünya çempionatında üçüncü yer uğrunda oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, yığma Serbiya ilə qarşılaşıb. Matç rəqibin qələbəsiylə başa çatıb – 0:3.
Azərbaycan yığması turnirdə qrup mərhələsində Hindistanı (16:0) məğlub edib, Çexiya (0:2) və Serbiyaya (1:5) uduzub.