Azərbaycan yığması Lüksemburqla bacarmadı

Azərbaycanın U-21 yığması Avropa çempionatının seçmə mərhələsində növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv səfərdə Lüksemburqla qarşılaşıb. Matç rəqibin qələbəsiylə başa çatıb – 2:0.

Azərbaycan yığması qrupda 3 xalla sonuncu – 6-cı sıradadır. Lüksemburq isə 7 xalla 5-ci pillədə qərarlaşıb.