Azərbaycan yığması İsveçrə ilə üz-üzə

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirəcək.

Futbolpress.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv İsveçrə yığması ilə üz-üzə gələcək. Lozannada baş tutacaq görüşə saat 21:00-da start veriləcək.

Azərbaycan yığması B Liqasının I qrupunda 5 oyundan sonra 4 xalla sonuncu – 4-cü sıradadır.